Azərbaycan yığması sabah Millətlər Liqasının qrup mərhələsində 4-cü turun oyununa çıxacaq.
Komandamız Podqoritsada Monteneqronun qonağı olacaq. Millilərimiz oktyabrın 13-də Albaniyada Kipri qonaq edəcək.
İlk 2 turda 3 xal toplayan kollektivdən Canni De Byazinin gözləntiləri böyükdür. AFFA-ya «maksimum nəticə» söz verən baş məşqçi futbolçuları motivasiya etməyin yolunu tapıb.
İki həftədir Qarabağda gedən döyüşlərdən ilham alan italyan çalışdırıcı yığma üzvlərinə Azərbaycan Ordusunun cəbhəboyu əldə etdiyi uğurları misal çəkib.
Apenninli çalışdırıcı onlarla söhbətində bildirib ki, belə bir vaxtda hamının gözü millidədir və hamının borcu qarşıdakı oyunlarda xalqı sevindirməkdir:
«Hər şey bizim öz əlimizdədir. Nikosiyadakı kimi oynasaq, zəfərimizin ardı gələcək. Mən burna çox inanıram.
Bakıya əla əhval-ruhiyyədə dönmək üçün final fitinədək meydanda canımızı qoymalı, düzgün oynamalı, verdiyim tapşırıqları yerinə yetirməlisiz.
Bizdən ancaq bunu gözləyirlər. Qarabağdan gələn xəbərlərin hər birinizi necə sevindirdiyini və ruhlandırdığını görürəm. Siz də burada əskərsiz və ölkəniz üçün vuruşmalısız».
SPORTİNFO.AZ

