“Biz bu oyunun asan olmayacağını bilirdik”.
Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Slovakiya millisinin futbolçusu Lübomir Tupta deyib.
Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oyununda hesabı açan hücumçu komandasının 2:1 hesablı qələbəsinə şərh verib:
“Azərbaycan Fransaya da çox çətinlik yaradıb. Bu komanda münasib olmayan rəqibdir. Heyətində bəstəboy sürətli futbolçuları var ki, onlarla təkbətək mübarizələr çətindir.
Lakin biz bu oyunda xal itirə bilməzdik. Ən vacib olan da qələbə idi ki, bunu da bacardıq. Hesab edirəm ki, Fransa ilə görüşdə rəqibə ağır anlar yaşadacaq və yaxşı nəticə əldə edəcəyik”.

