Millimizin baş məşqçisi göstərişə məhəl qoymadı, qovuldu

9 Oktyabr 2020 00:50 Milli komanda 2 044
Millimizin baş məşqçisi göstərişə məhəl qoymadı, qovuldu

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Slovakiya – Azərbaycan oyunu xoşagəlməz sonluqla başa çatıb.

Sportinfo.az xəbər verir ki, 90+4-cü dəqiqədə buraxılan qoldan sonra məğlub duruma düşən yığmamızın üzvləri narazılıqlarını sərt şəkildə nümayiş etdirib.

Bu üzdən matçın hakimi norveçli Kristofer Haqenes əlini cibinə atmalı olub. Referi əvvəl futbolçumuz Mert Çelikə, ardınca baş məşqçi Milan Obradoviçə sarı vərəqə göstərib.

Bu, serbiyalı mütəxəssisin qarşılaşmada ikinci xəbərdarlığı olub. 88-ci dəqiqədə ilk sarı vərəqəsini alan Obradoviç 90+6-cı dəqiqədə ikinci dəfə cəzalanıb. Nəticədə hakim onu texniki zonadan kənarlaşdırıb.

Bu cəza mütəxəssisin ən azı bir oyunluq diskvalifikasiyası ilə nəticələnəcək. Obradoviç yığmamızın oktyabrın 13-də Gürcüstanla səfər matçında texniki zonada ola bilməyəcək.

Tsikldə 3-cü sarı vərəqəsini alan Hacıağa Hacılı da növbəti matçda cəzalı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti