UEFA Millətlər Liqası turniri çərçivəsində Monteneqro - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Sportinfo.az həmin konfransların və məşqlərin vaxtını diqqətinizə çatdırır. Monteneqro milli komandası Saat 12:45. Mətbuat konfransı Saat 11:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq olacaq.
Azərbaycan milli komandası Saat 16:30. Mətbuat konfransı Saat 17:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq olacaq.
Tədbirlərin saatı yerli vaxtla göstərilib. Qarşılaşma oktyabrın 10-da, saat 17:00-da, Podqoritsa şəhərindəki "Gradski Stadion” keçiriləcək.

