UEFA Millətlər Liqasında Lüksemburq və Azərbaycanla qarşılaşacaq Kipr millisinin heyətində dəyişiklik edilib.
Sportinfo.az "Sport-fm" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Yohan Valem yarımmüdafiəçilər Xaris Kiriaku və İoannis Kostisi qarşıdakı görüşlərin hazırlıqlarına daxil etməyib. Beləliklə, toplanışda cəmi 24 futbolçu qalıb.
Qeyd edək ki, komanda dünən Çexiya ilə yoxlama matçında 1:2 hesabı ilə uduzub. Xatırladaq ki, Kipr millisi oktyabrın 10-da səfərdə Lüksemburqla, oktyabrın 13-də isə Albaniyada Azərbaycanla qarşılaşacaq.

