Millinin baş məşqçisi Canni De Byazi 2 futbolçuya xəbərdarlıq edib.
Sportinfo.az-ın məlumatına görə, o, Ramil Şeydayevlə Bəhlul Mustafazadəyə öz narazılığını bildirib.
İtalyan çalışdırıcını qayğılandıran məsələ onların «Sabah»da istənilən səviyyədə çıxış etməməsidir.
Bu komandanın Premyer Liqada keçirdiyi oyunları canlı izləyən 65 yaşlı mütəxəssis həm Ramlin, həm də Bəhlulun ciddi səhvlərə yol verməsindən narahatdır və bunu hər ikisinin nəzərinə çatdırıb.
De Byazi millidə əsas heyət üzvü gözüylə baxdığı futbolçuların öz klublarında başqalarına örnək olması gərəkdiyini söyləyib.

