Qələbə çal, 10000 manat qazan, 1 xal gətir, 5000 al!

8 Oktyabr 2020 09:28 Milli komanda 1 047
Qələbə çal, 10000 manat qazan, 1 xal gətir, 5000 al!

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Yığmamız AVRO-2021-in seçmə mərhələsində Slovakiya ilə qarşılaşacaq.

Komandamız Nitra şəhərində tsiklin 8-ci matçına çıxacaq. Final mərhələsinə yüksəlmək şansları nəzəri olan Milan Obradoviçin yetirmələrinin ümidləri Slovakiyada bitə bilər.

İstənilən xal itkisi möcüzənin reallaşmayacağını rəsmiləşdirəcək. Bakıda rəqibinə 2:1 hesabı ilə qalib gələn millimiz hazırda qərarlaşdığı 4-cü pillədə qalmaq üçün uduzmamalıdır. Revanş arzusunda olan meydan sahibləri isə turnir cədvəlində irəliləməyi hədəfləyib.

AFFA öz üzərinə düşəni edib, gənclərə motivasiya verib. Səfərdə əldə olunacaq 3 xal kollektiv üzvlərinə 10000, heç-heçə 5000 manat qazandıracaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti