"Həmin vaxt çoxları mənim Azərbaycan yığmasında çıxış etmək qərarımın əleyhinə idi".
Sportinfo.az xəbər verir ki, bu sözlər millinin və "Sabah"ın hücumçusu Ramil Şeydayevə məxsusdur.
Dörd il öncə ölkə seçimini Azərbaycanın xeyrinə edən forvard bundan heç vaxt təəssüflənmədiyini vurğulayıb: "Ola bilsin, hansısa kluba keçidim düzgün deyildi. Amma bu, yığmaya heç cür şamil edilə bilməz. Azərbaycan millisində həqiqətən də xoşbəxtəm".

