Azərbaycan yığması UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti 2 turunda Monteneqro və Kiprlə qarşılaşacaq.
Oktyabrın 10-da Monteneqronun qonağı olacağıq. Duel Bakı vaxtı ilə 17:00-da başlayacaq.
Kiprlə Bakıda keçirilməli olan görüş isə bölgədəki vəziyyətlə bağlı Albaniyada baş tutacaq. Oktyabrın 13-də Elbasan şəhər stadionunda oynanılacaq matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.
İlk 2 turda 3 xal toplayan komandamızın qarşısına minimum 4 xal qazanmaq tələbi qoyulub. AFFA rəhbərliyi bu istəyini Canni De Byazinin nəzərinə çatdırıb.
Baş məşqçi isə maksimum nəticə üçün çalışacaqlarını bildirib. İtalyan çalışdırıcı futbolçuları indi yaxşı və yaxından tanıdığını və onları qələbə iddiası ilə motivasiya etdiyini söyləyib.
SPORTİNFO.AZ

