Mahir Emreli millinin düşərgəsindən uzaqlaşdırıldı

7 Oktyabr 2020 11:34 Milli komanda 1 893
Mahir Emreli millinin düşərgəsindən uzaqlaşdırıldı

"Qarabağ"ın hücumçusu Mahir Emreli Monteneqro və Kiprlə UEFA Millətlər Liqasının oyunlarına hazırlaşan Azərbaycan yığmasının düşərgəsini tərk edib.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı hücumçu təlim-məşq toplanışında iştirakını dayandırıb.

Səbəb kimi Emrelinin zədəli olması göstərilib. Daha əvvəl isə onun cəza üzündən Monteneqro ilə qarşılaşmada iştirak etməyəcəyi müəyyənləşmişdi.

Azərbaycan millisi Monteneqro ilə oktyabrın 10-da Podqoritsada, Kiprlə isə oktyabrın 13-də Albaniyanın Elbasan şəhərində qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti