“Azərbaycanla oyunda 1-ci yerin taleyini həll edəcəyik”

6 Oktyabr 2020 14:50 Milli komanda 870
“Azərbaycanla oyunda 1-ci yerin taleyini həll edəcəyik”

“Millətlər Liqasına əla başladıq. İndi qarşıda Azərbaycan və Lüksemburqla iki vacib oyun var”.

Sportinfo.az xəbər verir ki, bunu Monteneqro millisinin qapıçısı Daniyel Petkoviç deyib.

Fransanın “Anje” klubunda çıxış edən kiper yığmasının oktyabrda keçiriləcək üç oyunu barədə fikirlərini açıqlayıb. O, Millətlər Liqasının Azərbaycan və Lüksemburqla görüşləri barədə iddialı danışıb:

“Üstünlük bizim tərəfimizdədir. Çünki evdə oynayırıq. Ümid edirəm ki, bu qarşılaşmalarda 1-ci yerin taleyini həll edəcəyik. İlk növbədə isə sağlamlığımız qaydasında olacaq. Çünki hazırda koronavirusla bağlı durum ölkəmizdə yaxşı deyil”.

Klubunda heyətə düşməkdə çətinlik çəkən Petkoviç bu barədə də fikirlərini bölüşüb: “Təəssüf ki, yaxşı xəbərlər yoxdur. Başqa kluba keçəcəyimə ümid edirdim. Amma çətinliklər yarandı. Qış transfer dövrünə qədər gözləməli olacağam”.

Qapıçı Latviya ilə yoxlama oyununun rəsmi matçlar öncəsi faydalı olacağını düşünür: “Bu, yerli çempionatda oynayanlar üçün lazımdır.

Biz də az da olsa da, meydana çıxa bilərik. Hesab edirəm ki, daxili çempionatdakılar buna layiq olduqlarını təsdiqləyəcək. Üç oyun olduğu üçün qrafik sıxdır. Amma heyətimiz də zəngindir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti