Millətlər Liqasında Azərbaycan yığmasının rəqiblərindən olan Kipr millisi koronavirus testindən keçib.
Sportinfo.az xəbər verir ki, dünən bir araya gələn komanda testin ardından məşqlərə başlayıb.
Yoldaşlıq görüşündə Çexiya, Millətlər Liqasında isə Lüksemburq və Azərbaycanla qarşılaşacaq Yohan Valemin kollektivində koronavirusa yoluxma halı aşkarlanmayıb, bütün komandanın nəticəsi neqativ çıxıb.
Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcək, ayın 10-da Lüksemburqun, üç gün sonra isə Azərbaycan millisinin qonağı olacaq.

