UEFA oktyabrın 13-də keçirilməli olan Azərbaycan-Kipr qarşılaşmasının məkanı ilə bağlı qərar verəcək.
Oyun Bakıda baş tutmalı olsa da, cəbhədə yaşananlarla və ölkədəki kommendant saatı ilə bağlı qeyri-müəyyənlik hökm sürür.
Odur ki, belə vəziyyətdə müharibə gedən ölkədə beynəlxalq matç keçirmək kifayət qədər təhlükəlidi. AFFA rəhbərliyi hər nə qədər təhlükəsizliyə təminat versə də, qarşılaşmanın neytral meydanda keçiriləcəyi böyük ölçüdə dəqiqləşib.
Avropanın ali futbol qurumu sabah görüşün baş tutacağı ölkənin adını açıqlamalıdı.
Sportinfo.az xəbər verir ki, Canni De Byazi İTV-də yayınlanan "Bol İdman" verilişində bu mövzu ilə bağlı fikirlərini səsləndirib və arzusunda olduğu ölkənin adını çəkib:
"Çox istərdim ki, rəqibimizi Bakıda qonaq edək. Lakin qərar UEFA-nındı. Harda desələr, orda da oynamalıyıq. Kiprlə Albaniyada oynamağımızı istəyirəm.
Monteneqronun Podqoritsa şəhəri ilə Albaniya arasında məsafə azdı. Ayın 10-nu Monteneqro ilə qarşılaşıb, ordan Albaniyaya yollanmaq bizə rahat olar".

