Yığmaya debütant çağırıldı

6 Oktyabr 2020 11:34 Milli komanda 890
Yığmaya debütant çağırıldı

Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Monteneqronun heyətində daha bir dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Faruk Hadzibeqiç qarşıdakı üç oyun üçün daha bir futbolçunu yığmaya çağırıb.

Vladan Adjiç komandanın hazırlıqlarına cəlb olunub. “Buduçnost”un mərkəz müdafiəçisi millinin debütantıdır.

Oktyabrın 7-də Latviya ilə yoxlama görüşü keçirəcək Monteneqro Millətlər Liqasında da iki matça çıxacaq. Balkanlılar ayın 10-da Azərbaycan, üç gün sonra Lüksemburqla qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti