Azərbaycan yığması ev oyunlarını bu iki ölkədən birində keçirəcək?

6 Oktyabr 2020 10:10 Milli komanda 1 013
Azərbaycan yığması ev oyunlarını bu iki ölkədən birində keçirəcək?

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanla Kipr yığmaları arasında oyun Monteneqro və ya Albaniyada keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə apasport.az-a AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib.

Qurum rəsmisi hazırda AFFA ilə UEFA arasında aparılan danışıqlarda bu iki ölkə üzərində dayanıldığını bildirib: “Təbii ki, biz matçın ölkəmizdə keçirilməsini istərdik.

Ancaq mənfur qonşularımızın Bakıya yaxın əraziləri artilleriya və raket qurğularından atəşə tutması AFFA-nı bu addımı atmağa vadar edib.

Oktyabrın 10-da millimiz Monteneqro ilə səfərdə qarşılaşacağından, Kiprlə görüşün də elə orada keçirilmə ehtimalı var. Əgər bu variant alınmasa, qarşılaşma o zaman Monteneqroya yaxın olan Albaniyada oynanıla bilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti