De Byazi həkimlərdən ümidverici xəbər aldı, riskə getdi

5 Oktyabr 2020 12:44 Milli komanda 1 076
De Byazi həkimlərdən ümidverici xəbər aldı, riskə getdi

«Qəbələ» ilə Premyer Liqa matçının ilk hissəsində zədələnən «Sumqayıt»ın hücumçusu Əli Qurbani müayinə prosesindən keçib.

Millinin həkimləri tərəfindən. Yığmanın baş məşqçisi forvardın MRT nəticələrini öyrənəndən sonra düşərgəyə gəlməsini istəyib.

O, hazırda təlim-məşq toplanışında iştirak etməsə də, komandayla bir yerdədir. Sağ qasıq nahiyəsindən xəsarət aoan Qurbani barədə həkimlərin son diaqnozu o qədər də qorxulu deyil.

Əslən iranlı futbolçu 1 həftə-10 gün ərzində müalicə almalıdır. Hər şey bu prosesin neçə keçməsindən asılıdır. De Byazi ümid edir ki, Əlini millinin ikinci oyununa yetişdirmək mümkün olacaq.

Azərbaycan yığması UEFA Millətlər Liqasının üçnücü və dördüncü turları çərçivəsində əvvəlcə oktyabrın 10-da Podqoritsada Monteneqro, 13-də isə Bakıda Kiprlə qarşılaşacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti