İDDİALI AÇIQLAMA: "Mən əsl milli formalaşdırıram"

5 Oktyabr 2020 10:38 Milli komanda 941
İDDİALI AÇIQLAMA: "Mən əsl milli formalaşdırıram"

“Bizim turnirdə iki matçımız var“.

Sportinfo.az xəbər verir ki, bu sözləri Monteneqro millisinin baş məşqçisi Faruk Hadzibeqiç deyib.

Oktyabrın 7-də Latviya ilə yoldaşlıq oyunu keçirəcək balkanlılar ardınca Millətlər Liqasında iki matça çıxacaq. Ayın 10-da Azərbaycan, 13-də Lüksemburqla baş tutacaq görüşlərin hazırlığına oktyabrın 4-də start verən komandanın çalışdırıcısı iddialı danışıb:

“Bu görüşlərdə bizə xallar vacibdir. Amma Latviya ilə qarşılaşmadan da bəzi nəticələr çıxaracağıq. Bu, bizə Millətlər Liqası matçlarında bir çox səbəblərdən lazım olacaq.

Mən yoxlama oyununu digər iki qarşılaşmadan ayırmaq istəmirəm. Çünki əsl milli komanda formalaşdırıram. Oyunçular da gerb olan formanı sevdiklərini və qiymətləndirdiklərini göstərməlidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti