Azərbaycanla oyun ərəfəsində problemlə üzləşdilər

4 Oktyabr 2020 13:40 Milli komanda 778
Azərbaycanla oyun ərəfəsində problemlə üzləşdilər

Monteneqro millisinin qapıçısı Matiya Şarkiç ən azı 2 ay müddətinə sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı oyunçu icarədə olduğu "Şrusberi"nin heyətində İngiltərə I Liqasının "Plimut"la oyunu zamanı zədələnib.

56-cı dəqiqədə zədə üzündən əvəzlənmiş Şarkiçin ən azı 2 ay müddətinə sıradan çıxdığı açıqlanıb. O, oktyabrın 7-də Latviya ilə yoldaşlıq görüşü, eləcə də oktyabrın 10-da Azərbaycan, oktyabrın 13-də isə Lüksemburqla UEFA Millətlər Liqası oyunlarının hazırlıq prosesinə qatılmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti