Millimizin formasını geyinə bilməyəcək – BUNA GÖRƏ

4 Oktyabr 2020 09:40 Milli komanda 1 334
Millimizin formasını geyinə bilməyəcək – BUNA GÖRƏ

Premyer Liqanın V turunda “Qəbələ”nin qonağı olan “Sumqayıt” ciddi itki ilə üzləşib.

“Gənclik şəhəri” təmsilçisinin hücumçusu Əli Qurbani zədələnib.

26-cı dəqiqədə hesabı açan forvard zədələndiyi üçün 38-ci dəqiqədə əvəzlənib. Onun yerinə Cavid İmamverdiyev meydana daxil olub. Cari mövsüm

Premyer Liqada aktivinə 5 qol yazdıran 30 yaşlı futbolçu bombardirlər yarışına başçılıq edir. Əli Qurbani Millətlər Liqasının qrup mərhələsində Monteneqro və Kiprlə oyunlar üçün ilk dəfə Azərbaycan yığmasına dəvət edilib.

İranlı forvardın bu matçlara yetişməsi inandırıcı görünmür. Çünki onun zədəsi heç də yüngül deyil.

Qasıq nahiyəsindən zədə alan Əli, həkimlərin fikrincə, minimum 2 həftə istirahət etməlidir. Bu isə Canni De Byazinin planlarının tamamilə pozulması deməkdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti