UEFA Azərbaycan yığması haqda QƏRAR VERƏCƏK

3 Oktyabr 2020 12:02 Milli komanda 1 194
UEFA Azərbaycan yığması haqda QƏRAR VERƏCƏK

Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan – Kipr oyununun məkanı ölkəmizdə tətbiq edilən komendant saatı səbəbindən dəyişdirilə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə apasport.az-a AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib.

Assosiasiya rəsmisi oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan matçla bağlı dəyişikliyi istisna etməyib. Məmmədov bununla əlaqədar UEFA ilə müntəzəm əlaqədə olduqlarını vurğulayıb:

“Hazırda Kiprlə oyunun Bakıda keçirilməsini planlaşdırırıq. İndiki vəziyyəti nəzərə alaraq UEFA ilə hər gün telefon vasitəsilə əlaqə saxlayırıq. Qurumun bir neçə nümayəndəsi ilə video-iclaslar keçiririk.

Təbii ki, qitə futbol qurumu da baş verən prosesləri yaxından izləyir. A planına əsasən UEFA Millətlər Liqası çərçivəsində Kipr millisi ilə oyun Bakıda keçiriləcək. Komendant saatını nəzərə alaraq B planı da mövcuddur. Bu da qarşılaşmanın digər ölkədə keçirilməsidir”.

İcraçı vitse-prezident oktyabrın 5-dək yekun qərarın veriləcəyini əlavə edib: “Bir daha qeyd edim ki, bu məsələ hər gün UEFA ilə müzakirə olunur. Çox güman ki, oktyabrın 5-dək müvafiq qərar qəbul ediləcək. Hazırda bütün hazırlıqlar görüşün Bakıda keçirilməsi istiqamətində görülür”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti