17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığma hazırlıq çərçivəsində “Neftçi”nin U-19 komandası ilə qarşılaşıb.
Paytaxt təmsilçisi bu görüşdə əsasən yeni gələn futbolçulara və baxışdan keçənlərə şans verib.
Özündən böyüklərlə görüşən millimiz 3:1 hesablı qələbə qazanıb. Yığmamızın heyətində Şahmar Aşurov, Vasif Fərəcov və Ağadadaş Salyanski fərqlənib.

