"Azərbaycanı udmaq üçün bizə motivasiya, istək və nizam-intizam lazımdır"

30 Sentyabr 2020 10:24 Milli komanda 622
"Azərbaycanı udmaq üçün bizə motivasiya, istək və nizam-intizam lazımdır"

Monteneqro yığması Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Lüksemburqa qarşı keçiriləcək oyunların heyətini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Faruk Hadjibeqiç müvafiq olaraq oktyabrın 10-da və 13-də baş tutacaq qarşılaşmalara 23 oyunçu dəvət edib.

Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur. Bosniya və herseqovinalı çalışdırıcı ilk 2 turdakı qələbələrə baxmayaraq, təmkinli danışıb:

"Biz hələ turnirin start mərhələsindəyik. 6 xal bizə mübarizəni davam etdirmək üçün təminat vermir. Bu sadəcə yaxşı iş və oyun üçün stimuldur.

Qarşıdakı matçlarda da xallar qazanmalıyıq. Bunun üçün isə maksimum motivasiya, rəqabət, istək və nizam-intizam lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti