AFFA-dan milli ilə bağlı yeni… OYUN OLMASIN!

30 Sentyabr 2020 09:28 Milli komanda 1 567
AFFA-dan milli ilə bağlı yeni… OYUN OLMASIN!

Azərbaycan millisinin noyabrda Sloveniya ilə keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü baş tutmaya bilər.

Sportinfo.az-a bu barədə məlumat AFFA-dan daxil olub.

Redaksiyamıza sızdırılan bilgiyə görə, hazırda aıdçəkilən ölkənin futbol federasiyası ilə bu istiqamətdə danışıqlar davam edir.

Avqustun 21-də əldə olunan anlaşmaya əsasən, oyun noyabrın 10-da Lyublyana şəhərində təşkil edilməlidir. Müvafiq günlərdə ölkə komandaların yoldaşlıq oyunu keçirməsi UEFA-nın tələbidir.

Lakin son günlər Dağlıq Qarabağda alovlanan müharibə AFFA-nı yığma ilə bağlı planları yenidən gözdən keçirməyə vadar eləyib.

Ölkədəki ümumi durumla yanaşı, koronavirus pandemiyasının geniş vüsət almasını nəzərə alan federasiya Sloveniya səfərinin təxirə salınmasına çalışır və eyni zamanda, artıq UEFA-nı məlumatlandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti