"Bir az seçim imkanım olsaydı, onu daha milliyə çağırmazdım"

29 Sentyabr 2020 19:02 Milli komanda 870
"Bir az seçim imkanım olsaydı, onu daha milliyə çağırmazdım"

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi milliləşdirilən legionerlərlə bağlı araşdırmaya başlayıb.

İtaliyalı mütəxəssis onlardan Anton Krivotsyuk üzərində xüsusi dayanıb.

Br neçə ildir «Neftçi»nin formasını geyinən ukraynalı müdafiəçi barədə topladığı məlumatlar onu təəccübləndirib. O, «necə olub ki, Antonu milliləşdirməyi lazım bilmisiz» deyə, AFFA rəsmilərinə sual verib.

UEFA Millətlər Liqasının Lüksemburqla Bakıda keçirilən açılış oyununda avtoqola imza atan Krivotsyukun potensialının böyük olmadığı qənaətinə gələn apenninli çalışdırıcı əlavə edib ki, adıçəkilən futbolçu həm klubunda, həm də millidə çoxsaylı səhvələri ilə yadda qalır.

«Mənim bir az geniş seçim imkanım olsaydı, onu bir daha komandaya çağırmazdım» - italyan federasiya mənsublarıyla söhbətində bunu da deyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti