"Bu yükü daşıyan eyni futbolçulara güvənmək qərarına gəldik"

29 Sentyabr 2020 19:45 Milli komanda 606
"Bu yükü daşıyan eyni futbolçulara güvənmək qərarına gəldik"

"Oktyabrdakı oyunlarda da, demək olar ki, Kipr və Lüksemburqla matçların yükünü daşıyan eyni futbolçulara güvənmək qərarına gəldik.

Şadam ki, bütün oyunçular sağlam və yaxşı formadadırlar. Qarşıdakı görüşlərdə zədə ilə bağlı heç bir problemimizin olmayacağına ümid edirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç yerli futbol ittifaqının rəsmi saytına açıqlamasında Latviya ilə yoldaşlıq, Azərbaycan və Lüksemburqla isə UEFA Millətlər Liqasının oyunları barədə danışarkən deyib.

63 yaşlı mütəxəssis bildirib ki, əvvəlki heyətdən 4 futbolçunu komandadan kənarlaşdırıb: "Əvəzində bu dəfə Tomaşeviç, Simiç, Veşoviç və Muqoşa bizimlə olacaq. Hazırkı heyət əvvəlki 2 oyunda qarşıya qoyulmuş vəzifələrin öhdəsindən yaxşı gəldi. Düşünürəm ki, bu dəfə də belə olacaq".

Digər Xəbərlər
Xəbər Lenti