Çexlərlə bir axşam…

29 Sentyabr 2020 10:10 Milli komanda 671
Çexlərlə bir axşam…

Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kipr yığması yoldaşlıq görüşü keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Kipr Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, Yohan Valemin rəhbərlik etdiyi komanda oktyabrın 7-də Larnakadakı “AEK Arena”da Çexiya ilə üz-üzə gələcək. Həmin qarşılaşma Millətlər Liqasında Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçiriləcək Millətlər Liqası matçına hazırlıq xarakteri daşıyacaq.

Kiprlilər oktyabrın 10-da “Jozi Bartel”də Lüksemburqun, 13-də isə Bakı Olimpiya Stadionunda Azərbaycanın qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti