Bakıya gələcək futbolçular

28 Sentyabr 2020 19:45 Milli komanda 1 055
Bakıya gələcək futbolçular

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi Kipr millisinin bir araya gələcəyi tarix müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Kipr Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, komanda oktyabrın 5-də toplaşacaq və iki gün sonra Çexiya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Baş məşqçi Yohan Valem Çexiyaya qarşı ev oyunu ilə yanaşı, Lüksemburq və Azərbaycanla Millətlər Liqası çərçivəsində səfərdə keçirəcəyi matçın heyətini oktyabrın 2-də açıqlayacaq.

Kipr oktyabrın 10-da “Jozi Bartel”də Lüksemburqla, 13-də isə Bakı Olimpiya Stadionunda Azərbaycanla üz-üzə gələcək. C liqasının 1-ci qrupunda yer alan millimiz sentyabrın 8-də Nikosiyadakı görüşdə Kipr üzərində 1:0 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti