Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi milliləşdirilən legionerlərlə bağlı mövqeyini müəyyənləşdirib.
İtaliyalı çalışdırııcı ölkə xaricində çıxış edən belə futbolçuların komandaya ciddi qatqısının ollmasını düşünmür.
65 yaşlı mütəxəssis Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov və başqalarından çox şey gözləmədiyini AFFA mənsublarının diqqətinə çatdırıb. De Byazinin fikrincə, onlar millini gücləndirmir, əksinə, düşərgədə ab-havanı gərginləşdirir.
Xüsusən Nazarovla İsrafilovun personasına diqqət çəkən apenninli sükançı hər iki legioner barədə kifayət qədər məlumat topladığını, Nikola Yurçeviçin vaxtında bir neçə qalmaqallı hadisəyə yol verdiklərini deyib.
O. nizam-intizam tərəfdarı olmasını bir daha vurğulayıb və əlavə edjb ki, gəlmələrin Azərbaycanı seçməsinin səbəbi madiyyatdır, bu isə yerli klublardan çağırılan oyunçularda qıcıq yaradır.
SPORTİNFO.AZ