AFFA millimizə "şengen vizası" ala bilmədi, sonda…

27 Sentyabr 2020 09:40 Milli komanda 745
AFFA millimizə "şengen vizası" ala bilmədi, sonda…

21 yaşadək futbolçulardan ibarət Slovakiya və Azərbaycan komandaları arasında oyunun başlanma vaxtı müəyyənləşib.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq görüş oktyabrın 8-də olacaq.

Oyun Nitra şəhərindəki eyniadlı stadionda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

AFFA yığmanın Slovakiya səfərinə yollanması üçün əməlli-başlı əziyyətlə üzləşib. Federasiya Avrozonaya daxil olan bir neçə ölkənin buradakı səfirliklərinə müraciət etsə də, hamısı komandamıza «şengen vizası» verməkdən boyun qaçırıb.

Koronavirus pandemiyası səbəbindən fəaliyyətlərnə ara vermələrini əsas gətirərək. Belədə AFFA slovakiyalı həmkarlarına müraciət edərək, onların vasitəsilə bu ölkənin özündən viza alıb.

Bu da o deməkdir ki, komandamızın üzvləri Slovakiyanın ərazisindən üçüncü ölkəyə keçə bilməz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!