"Neftçi"nin yeni transferinə dəvət göndərdilər

25 Sentyabr 2020 23:00 Milli komanda 1 164
"Neftçi"nin yeni transferinə dəvət göndərdilər

Oktyabrda Qambiya ilə yoldaşlıq oyunu keçirməyi planlaşdıran Konqo millisinin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Valdo Filo Portuqaliyada təşkil olunacaq matç üçün 21 futbolçuya dəvət göndərib.

Onların arasında "Neftçi"nin yeni transferi Prins İbara da var.

Müqavilə ilə Belçikanın "Birşot” klubuna məxsus 24 yaşlı hücumçu paytaxt klubunda cari mövsümün sonunadək icarə əsasında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti