UEFA Azərbaycan millisi üçün 3 ölkə seçdi - Portuqaliya, İslandiya və Cəbəllütariq

24 Sentyabr 2020 22:40 Milli komanda 1 200
UEFA Azərbaycan millisi üçün 3 ölkə seçdi - Portuqaliya, İslandiya və Cəbəllütariq

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması ilə bağlı detallar bəlli olub.

Sportinfo.az xəbər verir ki, UEFA-nın İcraiyyə Komitəsi püşk proseduru zamanı hansı yığmaların eyni qrupa düşməməsi ilə bağlı bəzi qərarları təsdiqləyib.

Qurum son vaxtlarda tətbiq etdiyi məsafə limitini yenə qüvvədə saxlayıb. Söhbət eyni yığmanın seçmə mərhələ ərzində iki uzaq səfərə yollanmamasından gedir.

UEFA Azərbaycan millisi üçün 3 belə ölkə müəyyənləşdirib. Bunlar Portuqaliya, Cəbəllütariq və İslandiyadır. Qaydaya əsasən, yığmamız bu ölkələrdən yalnız biri ilə eyni qrupa düşə bilər.

Bu, Azərbaycan futbolçularının tsikldə iki dəfə uzaq yol qət etməməsi üçün nəzərdə tutulub.

Azərbaycan millisi həm də Ermənistanla münaqişə səbəbindən bu ölkənin yığması ilə də üz-üzə gələ bilməz.

Digər Xəbərlər
Xəbər Lenti