UEFA Mahirə cəza verdi

24 Sentyabr 2020 15:46 Milli komanda 1 375
UEFA Mahirə cəza verdi

UEFA Millətlər Liqasında I turun Lüksemburqla ev matçında birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış Azərbaycan yığmasının futbolçusu Mahir Emreli ilə bağlı qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu kobud oyunu ilə əlaqədar 2 oyunluq cəzalandırılıb.

Bu səbəbdən, Kiprlə səfər matçını buraxmış "Qarabağ"ın forvardı Monteneqroya qarşı oktyabrın 10-da səfərdə baş tutacaq növbəti görüşdə də meydana çıxa bilməyəcək.

Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti