İki futbolçu üstündə De Byazi ilə AFFA arasında CİDDİ BÖHRAN!

24 Sentyabr 2020 12:44 Milli komanda 2 619
İki futbolçu üstündə De Byazi ilə AFFA arasında CİDDİ BÖHRAN!

Azərbaycan yığması oktyabrda 2 rəsmi oyuna çıxacaq.

Komandamız UEFA Millətlər Liqasının 3-4-cü turları çərçivəsində Monteneqro ilə evdə və səfərdə qarşılaşacaq.

Bu matçlar ərəfəsində Canni De Byazi ilə AFFA mənsubları arasında yenf fikir ayrılığı yaranıb. Federasiya rəsmiləri baş məşqçidən Lüksemburq və Kiprlə görüşlərə gəlməyən 2 futbolçunu millinin növbəti toplanışına da dəvət etməsini istəyib.

Düz başa düşdüz, qurum koronavirus pandemiyasını bəhanə gətirərək, sentyabrda millinin düşərgəsinə qatılmayan Dmitrii Nazarov və Eddi İsrafilovun ətəyindən yapışıb.

İtalyan mütəxəssis onların əleyhinə çıxıb. 65 yaşlı sükançı Almaniya və İspaniyada çıxış edən hər ki legionerin oyunlarını izlədiyini, heç birinin hazırda yığmaya kömək etmək gücündə olmadığını bildirib.

De Byazi xüsusən II Bundesliqada «Aue»nin formasını geyinən Nazarovdan gileylənib, onun özü barədə yüksək fikrə düşməsini, son vaxtlar sərgilədiyi oyunun isə bununla uzlaşmadığını vurğulayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti