FİFA-dan AFFA-ya "yaşıl işıq": Kimi istəyirsiz, milliləşdirin

21 Sentyabr 2020 13:12 Milli komanda 996
FİFA-dan AFFA-ya "yaşıl işıq": Kimi istəyirsiz, milliləşdirin

Futbol vətəndaşlığının dəyişdirilməsi qaydalarına yenidən baxılıb.

Sportinfo.az xəbər verir ki, FİFA-nın Konqresi bu qaydanı dəyişib.

Artıq hər hansı bir milli komandada 1 rəsmi oyun keçirən futbolçu da başqa yığmada çıxış etmək hüququna malik olacaq.

Bu isə başqa yığmaların oyunçularını milliləşdirən federasiyaların lehinə verilən qərardır. Yalnız bir istisna olacaq ki, bu yeganə oyun böyük turnirlərin final mərhələsi çərçivəsində keçirilməsin.

Bu qərar Azərbaycan yığmasına da təsirini göstərəcək. Ən çox legioner milliləşdirən federasiyalardan olan AFFA-nın qarşısında yeni üfüqlər açılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"