Aleks özünü Azərbaycanla oyuna saxlayıb

20 Sentyabr 2020 18:00 Milli komanda 910
Aleks özünü Azərbaycanla oyuna saxlayıb

Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Kiprin futbolçusu Aleks Qoqiç sağalıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi koronavirusdan tam sağalıb.

Virusa yoluxduğu üçün bu ay Monteneqro (0:2) və Azərbaycanla (0:1) matçları buraxan Şotlandiyanın “Hibernian” klubunun futbolçusu hazırda baş məşqçinin ixtiyarındadır.

Qoqiç açıqlamasında oktyabrda Lüksemburq və Azərbaycan yığmalarına qarşı səfərdə keçiriləcək növbəti görüşlərdə iştirak edə biləcəyini söyləyib.

Oktyabrın 10-da Lüksemburqun qonağı olacaq Kipr üç gün sonra Bakıda millimizlə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!