"Yeni komandayıq, iddialılar sırasında olmaq niyyətindəyik"

18 Sentyabr 2020 12:16 Milli komanda 1 457
"Yeni komandayıq, iddialılar sırasında olmaq niyyətindəyik"

"Baş məşqçinin bizdən istədiyi kimi pozitivlik və nikbinliklə çalışırıq. Yeni komandayıq, mövsüm ərzində iddialılar sırasında olmaq niyyətindəyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri İspaniyada - “Albasete”də çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov "Eldigitaldealbacete" nəşrinə açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi Sequndanın I turunda "Espanyol"a 0:3 hesabı ilə uduzduqları matçdan nəticələr çıxartmağa çalışdıqlarını bildirib. İsrafilov hazırkı durumu haqqında bunları söyləyib: "Özümü çox yaxşı hiss edirəm. Mövsüm yeni başlayıb, daha yaxşı oynayacağıma inanıram".

Oyunçu komandadakı mühitin müsbət olduğunu sözlərinə əlavə edib: "Komandaya gənc və çalışqan futbolçular qoşulub. Onların böyümək istədiklərini gördüm. Kollektivimiz möhtəşəmdir, yeni qoşulanlarla birlikdə böyük qrup yaratdıq".

"Albasete” II turda sentyabrın 20-də evdə “Ponferradina” ilə qarşılaşacaq. Eddi İsrafilov koronavirus pandemiyası səbəbindən Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarında iştirak edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?