Rövnəq Abdullayevdən milliyə… MARAQLI QƏRAR

18 Sentyabr 2020 12:44 Milli komanda 1 226
Rövnəq Abdullayevdən milliyə… MARAQLI QƏRAR

AFFA Millətlər Liqasında mübarizə aparan yığma komandaya ödəyəcəyi mükafatın məbləğini müəyyənləşdirib.

Qazanılan hər qələbə futbolçulara 30000 manat qazandıracaq.

Nəticənin ev və səfər oyunlarında əldə edilməsindən asılı olmayaraq. Rəqib meydanından gətirilən 1 xalın dəyəri isə 15 min manat təşkil eləyəcək.

Əgər C Divizionunda I qrupu birinci yerdə başa vurub, pley-off mərhələsinə vəsiqə qazanarsa, millini daha böyük mükafat gözləyir.

Bu, federasiya prezidenti Rövnəq Abdullayevin adından kollektiv üzvlərinə çatdırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!