De Byazi zarafatından qalmadı: "Sürpriz edəcəyik"

16 Sentyabr 2020 11:48 Milli komanda 1 552
De Byazi zarafatından qalmadı: "Sürpriz edəcəyik"

"UEFA Millətlər Liqasında Monteneqro və Kiprə qarşı oyunlarımız üçün heyəti nə qədər gec açıqlasam, o qədər yaxşıdır".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

64 yaşlı mütəxəssis növbəti oyunlarda da yeni 5-4-1 taktikasına üstünlük verib-verməyəcəyinə dair sualı konkret cavablandırmaq istəməyib:

"Taktikanı indidən açıqlamaqla, nəyə görə Monteneqroya əlavə üstünlük verməliyik? Onsuz da bu rəqibin üstünlükləri var. Monteneqro üçün sürpriz edəcəyik. Əlbəttə, bu bir zarafatdır (gülür)".

İtaliyalı baş məşqçinin fikrincə, Monteneqro millisini qrupun favoritidir: "Onlar qrupun ən güclüsüdürlər. Həm reytinqcə, həm də oyunçuların səviyyələrinə görə üstündürlər".

Azərbaycan yığması UEFA Millətlər Liqasının I turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzub, Nikosiyada Kipri 1:0 hesabı ilə üstələyib. Canni De Byazinin baş məşqçi olduğu komanda oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"