Millimizin hücumçusu ONa çatdı, adı dillərə düşdü - FOTO

16 Sentyabr 2020 15:46 Milli komanda 1 459
Millimizin hücumçusu ONa çatdı, adı dillərə düşdü - FOTO

ABŞ Milli Futbol Liqası (USL) təmsilçisi “Finiks Rayzinq”də çıxış edən Rüfət Dadaşov həftənin komandasında düşüb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu buna XII turda "Las-Veqas Layts"a qarşı matçdakı oyununa görə nail olub.

Dadaşov 5:1 hesabı ilə qələbə qazandıqları matçda 2 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb. Komanda hazırda 12 oyundan sonra 26 xalla B qrupunda liderdir.

Cari sezon aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti