De Byazi yanıldığını anladı – Məsləhətlə futbolçu götürməyəcək

14 Sentyabr 2020 14:08 Milli komanda 1 312
De Byazi yanıldığını anladı – Məsləhətlə futbolçu götürməyəcək

Azərbaycan yığması UEFA Millətlər Liqasında 3-4-cü turun oyunlarını oktyabrda keçirəcək.

İlk 2 turda 3 xal toplayan komandamız gələn ay Monteneqro ilə evdə və səfərdə qarşılaşacaq.

Premyer Liqanın ikinci turunu izləyən baş məşqçi Canni De Byazi fikirlərində müəyyən dəyişiklik edib. İtaliyalı çalışdırıcı Lüksemburq və Kiprlə matçar üçün dəvət göndərdiyi futbolçuların bir neçəsini gələn dəfə düşərgəyə çağırmayacaq.

Apenninli mütəxəssis AFFA rəsmiləri ilə söhbətində etiraf edib ki. bəzi oyunçular onu gümanlarında yanıldıb və qarşıdakı görüşlərə qədər qərar verməyə tələsməyəcək.

O, bu sözlərlə, əslində, federasiya əməkdaşlarına «öz işinizlə məşğul olun, mənim səlahiyyətlərimə qarışmayın» demək istəyib.

Avqustun 27-də millidə ilk toplanışını keçirən De Byazinin ilkin siyahını özünün hazırlamadığı məlumdur. AFFA-nın mənsubları ilə yanaşı, millidəki köməkçiləri, həmçinin, «Sumqayıt»ın prezidenti Riad Rəfiyev siyahının müəyyənləşdirilməsində iştirak edib.

65 yaşlı sükançı bura yeni gəldiyi üçün futbolçular barədə doğru-düzgün məlumat toplamağa fürsət tapmayıb, indi isə belə bir imkanı və vaxtı var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti