O. millidə ikinci Qurban Qurbanov olacaq? - VİDEO

13 Sentyabr 2020 15:40 Milli komanda 1 143
O. millidə ikinci Qurban Qurbanov olacaq? - VİDEO

Ramil Şeydayev Azərbaycan millisindəki qol sayını 5-ə çatdırıb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu yubiley qolunu Millətlər Liqasında vurub.

O, Lüksemburqla ilk turun bugünkü qarşılaşmasında fərqlənib. Bunadək Ramil millidə 4 dəfə qol sevinci yaşamışdı.

Şeydayev hesabında 5 top olan 8-ci futbolçudur. Onadək Rəşad Sadıqov, Əfran İsmayılov, Fərrux İsmayılov, Nazim Süleymanov, Vyaçeslav Lıçkin, Vidadi Rzayev, Rüfət Dadaşov da eyni sayda qol vurub.

Ramil yığma tarixində 5 və daha çox qol vuran 15-ci oyunçudur. Digər 7 futbolçu daha çox fərqlənib. Mütləq rekord Qurban Qurbanova məxsusdur. O, 14 dəfə qol sevinci yaşayıb.

Vaqif Cavadov 9, Dmitri Nazarov 8, Rauf Əliyev, Elvin Məmmədov, Branimir Subaşiç hərəyə 7, Zaur Tağızadə 6 dəfə fərqlənib. Ramil 5-ci qolunu 27-ci matçında vurub.

Digər Xəbərlər
Xəbər Lenti