Üç günə ev fiaskosu, səfər zəfəri...

12 Sentyabr 2020 14:50 Milli komanda 683
Üç günə ev fiaskosu, səfər zəfəri...

Böyük futbolda xırdalıqlar olmur.

Tərsi olsaydı, bu qədər üzüntü, kədər yaşanmazdı.

Futbolun öz qanunları var. Məğlubiyyətin də, qələbənin də səbəbləri təhlil edilməlidir. Yığma belə rəqiblərlə xəstə ürək döyüntülərini, kardioqram çıxarışlarını xatırlatmamalıdır...

Ölkə futbolu bir qələbə ilə düzəldimi? Əlbəttə, belə düşünmək sadəlöhvlük olar. Futbol 3 günə dirçələ bilməz! Azərbaycan şərtlərinə uyğun yaradılmış fantastik imkanlarla 10-15 ilə ola bilərdi, olmalıydı...

Millimiz zamanında İsveçrə, Slovakiya, Türkiyə, Serbiya kimi yığmalar üzərində qələbələr qazanıb, Portuqaliya kimi futbol nəhəngi ilə 2 gün ardıcıl baş-başa futbol oynayıb, məğlub olmayıb. Bu, ölkədə qazın, işığın, isti suyun olmadığı, futbolda xalça meydançalara həsrət qalmış "peraşki" dövrü idi.

Kipr üzərində qələbə Azərbaycan futboluna nə verdi, nə göstərdi, nəyi dəyişdi? İlk olaraq Bakıdakı biabırçı yenilgidən sonra haqlı tənqidləri sübuta yetirdi, bəhanə-bəraətləri alt-üst etdi. Adada təsadüfi yox, layiqli qazanılan qələbə fonunda Lüksemburq Bakıda yerlə bir edilməli idi.

İctimai nəzarət, kütləvi narazılıq, millnin kimlərinsə şəxsi yığması yox, azarkeş-xalqa məxsus olması, başbilənlərdən, məşqçi, futbolçulara kimi toparlanmağı, nağılların keçmədiyini isbatladı. Heç şübhəsiz, ilk turdan öncə belə yanaşma olsaydı, indi qrup liderliyini bölüşə bilərdik...

Azərbaycanda ən ağrılı mental problemlərindən biri arxayınlıq, məsuliyyətsizlik, bundan irəli gələn daxili rahatlıq, cəzasızlığın olmasıdır. Mütləq təzyiq, sıxılma-boğulma olmalıdır ki, ayılma baş versin, məsuliyyət artsın?!

3 günə nəinki futbol 180 dərəcə dəyişə bilməz, istənilən insanın belə fikirlərində dönüş yaradılması mümkünsüzdür. Belədə milli ruh, təəssübkeşlik, işə yanaşma şübhə iddiası ağır səslənsə də, məntiqi sual doğurur...

Yaşıl meydanlarda görünən futbolçulardır və hər biri ayrı-ayrılıqda, fərd olaraq məsuliyyət daşıyırlar. Yüklənənlər də çox vaxt oyunçular olur... Üzdənyanaşmalar qəbulolunmazdır.

Futbol komanda oyunudur. Top qovanlar icraçıdırlar. Mövcud duruma uyğun hərəkət edirlər. Futbolçuların hərtərəfli hazırlığı, ümumi futbol sistemindən, rəhbər/məşqçi heyətindən, görülən işlərin keyfiyyətindən asılıdır.

Şərait tək otel, qidalanma, geyim-keçimlə ölçülmür. Milli ruh, istək, psixoloji yanaşma, tələbkarlıqla yanaşı məşqçilər korpusunun fiziki, taktiki-texniki biliyi, futbolçulara aşılanması, ümumilikdə konveyer kimi çalışmalı olan futbol mexanizmi, birliyin yaradılması çox önəmlidir.

Ona görə məsul postlar, məşqçilərin saysız-hesabsız köməkçiləri olur. Yoxsa de Byazi bir dəstə italyanı Azərbaycana niyə gətirsin ki?! Rəsmiləri, həkim, inzibati heyəti, ictimaiyyətlə əlaqələr də öz yerində...

Belə olmasaydı, məhəllə futbolunda olduğu kimi, heç kimə ehtiyac olmazdı, 11 nəfər yığışıb futbol oynayar, cavabdehliyi də 100 % özləri daşıyardılar. Yığmanın milli təfəkkürdə olması üçün təzyiqlərdən, hətta vəzifə, heyət qorxusundan sonra meydana çıxıb qələbə qazanması da düşündürücüdür...

Kiprlilər elə bir qorxunc rəqib də deyillər, hər dəfə ənənəvi qruplarda autsayder rolundan bir pillə yuxarıda olanlardandır... Qələbə nə kiçildilməməli, nə də şişirdilməməlidir. Əksinə, nəticələrin təsadüfi yox, davamlı olmasına çalışılmalı, yollar axtarılmalı, səbəblər araşdırılmalıdır.

Tahir Süleymanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı