Fransızlar millimizin futbolçularını 10000 manatdan məhrum etdi

12 Sentyabr 2020 09:28 Milli komanda 430
Fransızlar millimizin futbolçularını 10000 manatdan məhrum etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

II qrupda yer alan Milan Obradoviçin çalışdırdığı komanda Fransa yığmasını qəbul edib.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilən oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıb. Odson Eduar 25-ci dəqiqədə penaltidən hesabı açıb. Amin Qouri 84-cü dəqiqədə fərqi artırıb. Toral Bayramov isə 90-cı dəqiqədə təsəlli qolumuza atıb.

Bu məğlubiyyət millimizin heyətində meydana çıxan futbolçuların hər birini 10000 manat geri salıb. Belə ki, AFFA səfərdəki 0:5 hesablı yenilginin revanşını almaq üçün adambaşı məhz bu qədər mükafat təyin edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti