Yığmamız üçün ən münasib olanlar onlardır

12 Sentyabr 2020 09:14 Milli komanda 481
Yığmamız üçün ən münasib olanlar onlardır

Azərbaycan millisi Kiprlə ikinci oyununda da qalib gəlib.

Sportinfo.az xəbər verir ki, ada təmsilçisi yığmamız üçün ən münasib 7 rəqibdən biridir.

Söhbət yığmamızın bütün qarşılaşmalarda qalib gəldiyi komandalardan gedir. Onlardan ikisi – Bəhreyn və Farer adaları ilə millimiz arasında 3 matç baş tutub. Yığmamız hər iki rəqibi üç dəfə məğlub edib.

Tacikistan, San-Marino və Kipr üzərində qələbələrin sayı isə 2-yə bərabərdir. Bu rəqiblər də yığmamızla görüşdə məğlubiyyətdən qaça bilməyib.

İki ölkənin yığması ilə cəmi bir dəfə qarşılaşan millimiz həmin rəqiblərə də şans verməyib. Bunlar Asiya təmsilçiləri Filippin və Hindistandır.

Digər Xəbərlər
Xəbər Lenti