Azərbaycan yığmasının qrup qalibi olmaq ehtimalı - 8,16 faiz

11 Sentyabr 2020 22:40 Milli komanda 792
Azərbaycan yığmasının qrup qalibi olmaq ehtimalı - 8,16 faiz

Millətlər Liqasının ilk iki turundan sonra yığmaların şansları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, xarici ekspertlər hər bir komandanın konkret mövqelərlə bağlı perspektivini müəyyənləşdirib.

C liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisinin da şanslarına aydınlıq gəlib. Mütəxəssislər evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan, ardınca Kiprdə 1:0 hesablı qələbə qazanan Canni de Byazinin yetirmələrinə o qədər də inanmır.

Hazırda 3 xalla 3-cü sırada olan millimiz 1-ci yeri tutmaq şansına da malikdir. Azərbaycan yığmasının qrup qalibi olmaq ehtimalı 8,16 faizə bərabərdir. Bu, Lüksemburq və Kiprdən yüksək olsa da, Monteneqrodan təxminən 8 dəfə aşağıdır.

1-ci yer şansı Lüksemburqdan çox olan yığmamız ikincilik mübarizəsində “cırtdan”lara uduzur. İlk turda uduzduğumuz rəqibin bu mövqedə qərarlaşmaq şansı millimizdən təxminən 14 faiz çoxdur.

De Byazinin yetirmələrinin ən real mövqeyi 3-cü pillədir. Komandamız 45 faizə yaxın ehtimalla Kipri qabaqlayacaq, digərlərindən geri qalacaq.

Ada təmsilçisinin aşkar autsayder olması heç kimə sirr deyil. Amma qarşıdakı 4 turun hər şeyi dəyişməsi inandırıcı olmasa da, nəzəri cəhətdən mümkündür.

Yəni Monteneqro da sonuncu ola bilər. Yığmamızın 4-cü olmaq ehtimalı isə 15,27 faizdir. Bu, Kipr və Lüksemburqdan daha yaxşıdır (apasport.az).

1-ci yer
1. Monteneqro – 85,79 %
2. Azərbaycan – 8,16 %
3. Lüksemburq – 5,45 %
4. Kipr – 0,60 %

2-ci yer
1. Lüksemburq – 45,68 %
2. Azərbaycan – 32,02 %
3. Monteneqro – 11,33 %
4. Kipr – 11,07 %

3-cü yer
1. Azərbaycan – 44,55 %
2. Lüksemburq – 30,39 %
3. Kipr – 22,35 %
4. Monteneqro – 2,71 %

4-cü yer
1. Kipr – 65,98 %
2. Lüksemburq – 15,58 %
3. Azərbaycan – 15,27 %
4. Monteneqro – 0,17 %

Digər Xəbərlər
Xəbər Lenti