De Byazi AFFA-dan tələb etdi: "ONLARINI PULUNU ARTIRIN!"

11 Sentyabr 2020 18:06 Milli komanda 1 424
De Byazi AFFA-dan tələb etdi: "ONLARINI PULUNU ARTIRIN!"

Millinin baş məşqçisi Canni De Byazi AFFA rəhbərliyi qarşısında yeni tələb qaldırıb.

İtaliyalı mütəxəssis Kipr üzərində qələbəyə (1:0) görə təyin olunan mükafat fondunun bölüşdürülməsindən narazı qalıb.

O, Nikosiyada keçirilən qarşılaşmanı tribunadan izləyən futbolçulara az məbləğ verilməsinə qarşı çıxıb. Belə ki, federasiya adı iştirak ərizəsinə düşməyən oyunçulara 25% mükafat ayırıb. De Byazi isə həmin məbləğin 50%-ə qaldırılmasını istəyib.

Məlumat üçün bildirək ki, UEFA Millətlər Liqasının II turunda Kiprə səfərdə qalib gələn yığmamızın əsas heyət üzvləri 30 min manat qazanıb. Sonradan meydana daxil olunanlar 75%, ehtiyatda qalanlar isə 50% mükafat almalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti