"Ona ümid edirəm ki, Premyer Liqanın səviyyəsi artacaq"

11 Sentyabr 2020 18:48 Milli komanda 657
"Ona ümid edirəm ki, Premyer Liqanın səviyyəsi artacaq"

"Yoldaşlıq oyunlarından çox, beynəlxalq matçlarda təcrübə qazanmağa üstünlük verərdim".

Sportinfo.az xəbər verir ki, bu sözlər 21 yaşlılardan ibarət yığmanın baş məşqçisi Milan Obradoviçə məxsusdur.

Serbiyalı mütəxəssis "Niyə Fransa ilə qarşılaaşmadan əvvəl əsas milli ilə yoxlama oyunu keçirmədiz" sualını bu cür cavablandırıb: "Zədələr ola bilərdi. Mən bu məsələni danışacam.

Gələcəkdə yoldaşlıq görüşü keçirmək olar. Xüsusən ona ümid edirəm ki, Premyer Liqanın səviyyəsi artacaq və gənclərdən daha çox yararlana, onlara daha böyük təcrübə qazandıra biləcəyik.

Əlbəttə, bunu bütün oyunçularıma da bildirmişəm ki, öz səviyyələrini qorumaq üçün klubdakı məşqlərinə də diqqət yetirməlidirlər".

Digər Xəbərlər
Xəbər Lenti