Millinin lideri olmağa layiq yeganə xarizmatik futbolçu kimdir?

11 Sentyabr 2020 13:12 Milli komanda 1 244
Millinin lideri olmağa layiq yeganə xarizmatik futbolçu kimdir?

Bəli, bu, tariximizin ən zəif yığması deyil.

Bu, əslində, üstündə 2-3 il doğru işlənsə, Millətlər Liqasının D qrupu vasitəsilə Avro-2024-ə gedə biləcək bir potensialdır.

Həm psixoloji, həm fiziki, həm taktiki olaraq doğru işlənməlidir. Futbolu başı ilə oynamağı bacarmayan Namiq Ələsgərov, artıq futboldan soyumuş Araz Abdullayev kimi "artıqlar"ı təmizləsə, De Byazi bir "success story" də yarada bilər.

Namiq tam "hozu" futbolu oynadı. Neçə yerdə futbolçu kimi düşünə bilməməyinə görə fürsət qaçdı əldən. Hələ birində Ramil Şeydayev hamını ortaya çəkib, solu boşaldanda, ora qaçsaydı, yəqin qola gedərdik. Futbolu anlamır Namiq. Sadəcə, ayağıyla oynayır.

Komandada daxili lider əksikliyi hiss olunur. Maksim Medvedevi tanıyanlar bilir ki, yaxşı oğlan və yaxşı futbolçu olsa da, lider deyil. Qara Qarayev də deyil,

Ramil Şeydayev də deyil, Bəhlul Mustafazadə də deyil. Bu, xarizma işidir. Emil Balayev? İndiki heyətdə bu xarizmaya sahib futbolçu kimi Emin Mahmudovu bilirəm.

Bu turnir nəticə baxımından önəmli deyil. Hətta çox da uğur arxasından qaçmamaq və gələn dəfə üçün yenə C liqasında qalmaq məsləhətdir. Üstünə qoymaq və işləmək...

D liqasından bilet yoxdur. C liqasından bilet qazanmaq da artıq çətin olacaq. 2020 böyük şans idi. Qrupdan danışmıram. Ümumiyətlə, liqa şans idi.

Kosova yığmasının liqanın favoriti olduğunu hələ başlamamış deyirdim. İnsanlar elə bilirdi, San-Marino filandır. Yenə də Belarusu, Gürcüstanı, Makedoniyanı, Kosovanı keçib, AÇ-a getmək ən yüksək ehtimal idi.

Hər şeydən əvvəl hər kəs öz işiylə məşğul olmalıdır, iş əhlinə buraxılmalıdır. AFFA-nın adı yaxşı şəkildə hallanmır, faktiki. Reputsiyanın niyə belə pis olmasını yuxarıdakı şəxslər, axır ki, nəzərə almalıdır.

Kimin nə dediyi önəmli deyil. Əsas sual budur ki, bu qədər pul ayrıldı büdcədən və ortada yetişmiş normal futbolçu çıxmadı, onun yerinə Əmir Ağayev, Riçard Almeyda, Eddi İsrafilov, Dmitri Nazarov kimi oyunçular milliləşdirilir və onlar da dara düşən kimi formanı qoyub qaçır.

Hələ U-21-dəki Türkiyə soyadlıları demirəm. Başqa suallar da var.

Vüsal Qəmbərov

Digər Xəbərlər
Xəbər Lenti