"Damarımda azərbaycanlı qanı axarkən..." - PAYLAŞIM

10 Sentyabr 2020 10:10 Milli komanda 920
"Damarımda azərbaycanlı qanı axarkən..." - PAYLAŞIM

Millətlər Liqasının 2-ci turunda səfərdə Kiprlə keçirilən görüşdə (1:0) debüt edən Azərbaycan yığmasının futbolçusu Rəhim Sadıxov oyun haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, inamlı oyunu ilə fərqlənən "Sumqayıt"ın yarımmüdafiəçisi şəxsi İnstaqram səhifəsində bununla bağlı paylaşım edib.

O, millimizin formasını geyindiyi üçün qürur duyduğunu yazıb: "Bütün azarkeşlərə, bizə hər bir halda dəstək verən, narahat olan və inananlara təşəkkür etmək istəyirəm.

Damarımda Azərbaycan qanı axarkən bu komandanın formasını geyindiyim üçün qürur duyuram. Əminəm ki, daha vacib qələbələr hələ qarşıdadır!"

Digər Xəbərlər
Xəbər Lenti