“Azərbaycana qarşı uşaq səhvləri etdik” - YERLİ TƏNQİD

9 Sentyabr 2020 14:08 Milli komanda 918
“Azərbaycana qarşı uşaq səhvləri etdik” - YERLİ TƏNQİD

Millətlər Liqasının II turunda Azərbaycana məğlub olan (0:1) Kipr komandası yerli mətbuatda tənqid olunub.

Sportinfo.az xəbər verir ki, “omada.reporter.com” saytında dünənki görüşlə bağlı yazı dərc olunub.

“Ürək ağrıdan milli” başlığı ilə yazılan məqalədə Kipr millisinin yığmamıza qarşı heç nə edə bilmədiyi vurğulanıb. Həmkarlarımız komandanın Monteqroya qarşı daha yaxşı oynadığını bildiriblər:

“Turnirdə ardıcıl iki məğlubiyyət aldıq. Monteneqro millisinə qarşı oyunda aldığımız müsbət mesajlar Azərbaycan görüşündə olmadı. İlk dəqiqədən rəqibin təzyiqi hiss olunurdu.

Müdafiədə uşaq səhvləri edirdik. Bu isə Azərbaycanın işini asanlaşdırdı. İkinci hissə özümüzə gəlməli olsaq da, topu saxlaya bilmədik. Bu işi görməli olan futbolçular tapşırıqların öhdəsindən gələ bilmədilər”.

Yazıda Kipr millisinin baş məşqçisi Yohan Valem də tənqid olunub. Onun Azərbaycan millisini yaxşı analiz edə bilmədiyi vurğulanıb: “Yaxşı heyət qurmaq üçün vaxt lazımdır. Ancaq iki oyunda belə faciəvi nəticə qəbuledilməzdir. Milli komanda azarkeşləri çox məyus edir”.

Kipr millisi ilk oyunda Monteneqroya 0:2, ikinci turda isə Azərbaycana 0:1 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!